İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkrəm İmamoğlunun ən yaxın adamlarının gizli bank kassalarına əl qoyuldu - Türkiyədə bir ilk  

Musavat.com xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı aparılan istintaq çərçivəsində daha bir ciddi maliyyə əməliyyatı həyata keçirilib.

Murat Ongun da daxil olmaqla 7 nəfərin banka kassalarına məhkəmə qərarı ilə əl qoyulub.

İstintaq orqanlarının təqdim etdiyi siyahıya əsasən, söhbət təkcə şəxsi hesablar deyil, həm də banka yerləşdirilmiş gizli pul kassalarından gedir. Aşağıdakı şəxslərin adına olan kassalara hüquqi qaydada müdaxilə edilib:

• Murat Ongun – 2 kasa

• Firari Emrah Bağdatlı – 1 kasa

• Tuncay Yılmaz (İmamoğlu İnşaat və SSB Gayrimenkul-un baş direktoru) – 2 kasa

• Ertan Yıldız (İBB İştiraklər Başkanı) – 2 kasa

• Fatih Keleş (İBB Spor-un baş direktoru) – 1 kasa

• Murat Kapki (BVA firmasının sahibi) – 2 kasa

• Murat Köksal (tekstilçi) – 1 kasa

Bütün bu şəxslər İstanbul Böyükşəhər Bələdiyyəsinin müxtəlif strukturlarında və ya onunla əlaqəli özəl sektorda vəzifələr daşıyır. Kassaların içindəki məbləğlər hələlik rəsmi olaraq açıqlanmasa da, bəzi media orqanlarında söhbətin milyonlarla lirədən və xarici valyutadan getdiyi bildirilir.

Xatırladaq ki, Murat Ongun – İstanbul meri Ekrem İmamoğlunun yaxın ətrafına daxil olan şəxsdir və bu proseslərdə onun adı dəfələrlə hallanıb. Bundan əvvəl onun evində aparılan axtarış zamanı da böyük miqdarda pul və sənədlər aşkarlanmışdı.

Hazırda bu şəxslərin rüşvət, vəsaitin mənimsənilməsi, terror təşkilatına yardım və saxta sənədlərlə bağlı cinayət işləri üzrə istintaq prosesi davam edir.

İstintaqın gedişində daha hansı məlumatların üzə çıxacağı maraqla gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Mart 2025

BÜTÜN XƏBƏRLƏR