İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekrem İmamoğlu aylıq bu qədər qazanırmış - ŞOK İFADƏ

İstanbul Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı apardığı rüşvətxorluq istintaqı çərçivəsində İstanbul meri Ekrem İmamoğlunun polisdə verdiyi ifadələr ortaya çıxıb.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

İmamoğlu və 99 şübhəli şəxsin üzərinə “Cinayət təşkilatının rəhbəri və ya üzvü olmaq”, “Qəsbkarlıq”, “Rüşvətxorluq”, “Fırıldaqçılıq”, “Şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “Tender saxtakarlığı” kimi maddələr üzrə təhqiqat başlanıb.

İmamoğlunun polisdə verdiyi ifadə üç saat 40 dəqiqə davam edib və 121 səhifəlik sənəd tərtib edilib. İstanbul meri aylıq gəlirinin 250 min türk lirəsi olduğunu qeyd edərək, daşınmaz əmlak və digər varidatlarla bağlı suallara: “Aktivlərim haqqında əvvəlcədən bəyanat vermişəm”, - cavabını verib.

O, həmçinin “İmamoğlu İnşaat”ın 36 ildir ailəsinə məxsus olduğunu və bələdiyyə başçısı seçiləndən sonra şirkətdə heç bir imza səlahiyyətinin olmadığını açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Mart 2025

BÜTÜN XƏBƏRLƏR