Onlayn ictimai-siyasi qəzet
“Uzun müddətdir ki, yas mərasimlərində ehsan verilməsi ilə bağlı müxtəlif səpkidə müzakirələr aparılır. Açığı, bu məsələnin təməlində nəyin dayandığını adam dərk edə bilmir. Biz bir müsəlman olaraq, dinimizi, onun kitabını və hökmlərini yaxşı öyrənib dərk etsək, bu məsələnin daha böyük formatda müzakirəyə çıxarılmasına və deputatların da bundan danışmasına ehtiyac qalmazdı”.
Musavat.com xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında ilahiyyat Ağa Hacıbəyli deyib. Bildirib ki, məsələnin çox sadə həll yolu var:
“İnsanların şüurlandırılması və dini baxımdan maarifləndirilməsi problemi kökündən həll etmək deməkdir. Bu məsələyə ən çox dəstək verə biləcək adamlar din xadimləridir. Özəlliklə, son illər ərzində müəyyən prosedurlardan keçən din xadimlərimiz var. Onlar məscidlərə imam və müavin olaraq təyin olunublar. Əsas məclisləri aparan şəxslər də məhz onlar olacaq. Məclisdə söz sahibi məhz din xadimləridir və giriş və çıxışı təyin edən də bu şəxslərdir. Bu sahədə din xadimlərimizin bir fikir daşıması çox önəmlidir. İlk olaraq, sual verilməlidir ki, din xadimlərimizin görüşü bu sahədə eynidirmi? Ölkənin dörd bir tərəfində yas mərasimləri ilə bağlı müxtəlif adətlər mövcuddur”. Klinikalar
İlahiyyatçı ehsanın əsas mahiyyətini belə açıqlayıb:
“Bir məsələnin üzərində durmaq lazımdır ki, ehsan nədir? Əl-bəqərə surəsində söyləndiyi kimi Allah ehsan verənləri, yaxşı iş görənləri sevir. Ehsan sözü sadəcə yas mərasimlərində çay, çörək, yemək vermək anlamına gəlmir. Bu ali kəlməni biz o qədər məhdudlaşdırmışıq ki, onu əsl mənasından çıxarıb çox fərqli mənaya gətirmişik. Allahın səni görmək istədiyi kimi yaşamağın ehsan deməkdir. Fikrindən, xəyalından keçən heç bir fikri çirkləndirməməli, o cür də yaşamalısan. Bu ehsan deməkdir. Ona görə də ehsanın bu ali dəyər və mənalarını gözardı edib, sadəcə yas mərasimlərində verilən yemək olaraq məhdudlaşdırmaq bu kəlməyə qarşı təhqirdir.
Bu məsələnin qanunlarla tənzimlənəcəyinə inanmıram. Çünki bir insan ehsan verməyi beyninə salıbsa, mərasimdə olmasa da, evində bunu təşkil edəcək. Əgər israfdan danışırıqsa, məzarın hazırlanmasına, yaxud da toylara sərf olunan xərc ehsanın xərcindən daha çoxdur. Biz bu məsələnin üzərinə niyə bu qədər çox düşmüşük? Zəhərlənmələrə görədirsə, toylarda bu ehtimal daha yüksəkdir. Ümumiyyətlə, doğru bir yanaşma məsələni daha yaxşı həll edə bilər. Ümid edirəm ki, bu yöndə qərar çıxaracaq insanlar islam dininin ruhunu anlayan kəslər olacaq”.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ