Onlayn ictimai-siyasi qəzet
Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun azadlığa çıxaması və hakimin bu haqda qərar verməsi ilə bağlı məlumatlar yayılıb.
Sosial şəbəkələrdə tirajlanan məlumatlarda belə deyilib.
Əhməd Əhmədovun vəkili Sənan Hüseynov referans.az-a açıqlamasında Əhmədlə bağlı yayılan məlumatların yalan olduğunu deyib. Vəkil bildirib ki, Əhmədə hələ cəza verilməyib. Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Növbəti məhkəmə iclası sentyabr ayının 10-da keçiriləcək.
Qeyd edək ki, Ə.Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ