İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə XOŞ XƏBƏR: Sizdən sənəd tələb edilməyəcək!

“Rəqəmsal hökumət quruculuğunun sürətləndirilməsi üçün mühüm addım atılıb. Bütün dövlət qurumlarına vətəndaşlardan hansısa sənədlər tələb etmək qadağan edilib”.

Musavat.com xəbər verir ki, bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib.

osman-gunduz.jpg (70 KB)

O qeyd edib ki, ötən ilin sonunda eyni anda xeyli sayda qanunlara oxşar dəyişiklik edilib:

“Bu dəyişikliklər də artıq Prezident tərəfindən təsdiqlənib. Dəyişiklik çox mühüm əhəmiyyət kəsb edir. Hətta deyərdim ki, birdən-birə çoxsaylı qanunlara bu tip dəyişikliyin edilməsi, ölkədə rəqəmsal hökumət quruculuğunun sürətləndirilməsi baxımından inqilabi bir addımdır. Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, əgər vətəndaş hansısa dövlət xidmətini alarkən müəyyən sənədlərə ehtiyac yaranırsa, dövlət qurumu ilk növbədə bunları vətəndaşdan deyil, Elektron Hökumət İnformasiya Sistemindən əldə etməlidir. Bu o deməkdir ki, əgər hansısa bir dövlət qurumunda vətəndaşla bağlı informasiya varsa, digər dövlət qurumu bu informasiyanı vətəndaşdan deyil, həmin dövlət qurumundan istəməlidir. Yox, əgər bu, mümkün deyilsə, yəni bu qurumun Elektron Hökumət Sisteminə inteqrasiyası yoxsa, sistem donubsa, çökübsə və ya hansısa problem varsa, onda xidməti göstərən dövlət qurumu bu sənədləri vətəndaşın razılığı ilə digər dövlət qurumlarından özü sorğulamalıdır. Əgər vətəndaş əldə etmək istədiyi xidmətlə bağlı zəruri sənədləri özü dövlət qurumuna təqdim etmək istəyirsə, qanun buna da imkan verir”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR