Onlayn ictimai-siyasi qəzet
Yanvar ayında bir sıra maqnit qasırğaları gözlənilir. Bu təbii hadisələrin insanlar üzərindəki təsiri, xüsusilə meteohəssas şəxslər üçün əhəmiyyətli ola bilər. Uzmanlar qasırğaların təsir göstərə biləcəyi tarixlərdə əhval dəyişikliyi, baş ağrısı və qan təzyiqində dəyişikliklərin müşahidə oluna biləcəyini bildirir.
Musavat.com həmin tarixləri təqdim edir:
21-22 yanvar: Zəif və ya orta dərəcəli maqnit qasırğaları meteohəssas insanlarda narahatlığa səbəb ola bilər.
27-28 yanvar: Orta və güclü səviyyəli maqnit aktivliyi gözlənilir. Yuxu rejiminə, qidalanmaya diqqət yetirmək və orqanizmi çox yükləməmək vacibdir.
Maqnit qasırğaları insan sağlamlığına təsir göstərə bilər. Bu dövrlərdə baş ağrısı, yuxu pozuntuları, qan təzyiqində dəyişikliklər və ümumi narahatlıq yaşana bilər. Xüsusilə meteohəssas insanlar daha diqqətli olmalı, sağlam həyat tərzi sürməli və lazım gəldikdə həkim məsləhəti almalıdırlar.
Musavat.com
22 Yanvar 2025
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ