Onlayn ictimai-siyasi qəzet
Kəskin istilər ölkə ərazisini tərk edir.
Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, avqustun 25-dək kəskin istilər olmayacaq.
Hidrometeoroloji Proqnozlar bürosunun direktor müavini Şəbnəm Qurbanovanın sözlərinə görə, bölgələrdə hava şəraiti əsasən, yağmursuz keçəcək.
Bildirildi ki, avqustun 25-nə kimi kəskin isti, hələ ki, gözlənilmir. Havanın maximal temperaturu Abşeron yarımadasında 32-37 dərəcə intervalında dəyişəcək.
Avqustun 24-25-də isə temperatur bir qədər də enərək, maximal temperaturun 33 dərəcə olacağı proqnozlaşdırılır.
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ