Onlayn ictimai-siyasi qəzet
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 8 il müddətində ƏDV-dən azad ediləcək.
Məsələ ilə bağlı iqtisaddiyat.az-a açıqlama verən Mili Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu azadolma yerli avtobus istehsalına gətirib çıxaracaq:
"Nəzərə alsaq ki, Azərbaycan yaşıl iqtisadiyyat prinsipinə uyğun olaraq avtobuslar istehsal etmək niyyətindədir və paralel olaraq da bununla bağlı dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılıb. O zaman yeni vergi güzəştləri həmin avtobusların xərclərinin azalmasına gətirib çıxaracaq".
Deputatın sözlərinə görə, gözlənti ondan ibarətdir ki, bu güzəştlər bir tərəfdən də avtobus parkının yenilənməsinə və xidmət keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq: "Nəticə etibarı ilə ictimai nəqliyyatda daha keyfiyyətli xidmətin artmasını müşahidə edəcəyik. Bu güzəştlər eyni zamanda ictimai nəqliyyatda yeni qaydaların tətbiqinə imkan verəcək. Bu da ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün yeni imkanlar deməkdir "
Qeyd edək ki, yeni vergi güzşətləri 1 yanvar 2025-ci ildən qüvvəyə minəcək.
13 Dekabr 2024
12 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ