Onlayn ictimai-siyasi qəzet
Sosial media hesabından "Ümid edirəm ki, mənə hörmət edə bilərsiniz. Mən homoseksualam" sözlərini paylaşan keçmiş qapıçı İker Kasilyas hesabının sındırıldığını bildirərək izləyicilərindən üzr istəyib.
Musavat.com-un xəbərinə görə, "Real Madrid"in və İspaniya millisinin əfsanəvi qapıçısı İker Kasilyas paylaşımına aydınlıq gətirib.
"İndi hər şey yaxşıdır. Bütün izləyicilərimdən üzr istəyirəm. Təbii ki, LGBT icmasından daha çox üzr istəyirəm", - deyə Kasilyas bildirib.
Qeyd edək ki, İker Kasilyasın əvvəlki paylaşımına "Barselona"nın keçmiş kapitanı Karles Puyol "Hekayəmizi danışmağın vaxtı gəldi, İker" - deyə cavab vermişdi.
Musavat.com
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ