İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfsanəvi futbolçu səngərdə - oğlu ilə birlikdə, əlində silah, işğalçılara qarşı

Kiyev "Dinamo"sunun əfsanəsi, 1986-cı ildə Avropanın ən yaxşı futbolçusu olmuş İqor Belanov oğlu Valeri ilə birlikdə doğma şəhəri Odessanın müdafiəsində səngərdədir.

Bu barədə Musavat.com-a "Yeni Müsavat"ın Odessada yaşayan müxbiri Anar Natiqoğlu məlumat verib. Əməkdaşımızın verdiyi xəbərə görə, Belanov Rusiya işğalına qarşı belə deyib: "Bir daha heç vaxt təkrarlanmasın. Müharibədə yaxşı heç nə yoxdur. O romantikadan məhrumdur. Günahsız körpələr, yaşlılar ölür. Ordumuzun əsgərləri canlarını itirir. Ukraynanın yaxşı oğul və qızları. Vətənimə sülh arzu edirəm. Kobud şəkildə vətənimizə soxulmuş, bizim azad və qəhrəman xalqımızı məhv etməyə çalışan işğalçıya qarşı gələn hər kəsə eşq olsun. Mən və oğlum Valeriy tezliklə Ukraynanın qələbəsinə inaniriq. Slava Ukraine!"

Qeyd edək ki, İqor Belanov bir müddət SSRİ yığmasının da şərəfini qoruyub və bu komandanın heyətində dünya və Avropa çempionatlarında iştirak edərkən mühüm qollar vuraraq bütün SSRİ-nin idman azarkeşlərinə sevinc bəxş edib. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR