İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstanda gözəllik salonları qadağan edilib

Əfqanıstanda hökmranlıq edən “Taliban” rejimi Kabil və digər əyalətlərdə gözəllik salonlarının fəaliyyətinə qadağa qoyub.

Musavat.com xəbər verir ki, bu barədə Kabil bələdiyyəsinə İslami İrşad Nazirliyi tərəfindən  göndərilən məktubda bildirilib.

Məktubda deyilir: “Kabil şəhəri və ölkənin əyalətləri səviyyəsində olan qadın gözəllik salonlarının müəyyən müddətdən sonra fəaliyyət göstərməsi qadağandır, verilmiş lisenziya və müqavilələr etibarsızdır”.

Müəssisələrin sahibləri bildiriblər ki, qadının ailəsini dolandırmağın yeganə yolu gözəllik salonlarında işləməkdir. Onların sözlərinə görə, kişilərin işi yoxdur, arvad-uşaqlarını təmin edə bilmirlər.

“Kişi ailəsinə baxa bilməyəndə qadınlar salonlarda işləməli olur.. Gözəllik salonları bağlansa, biz nə etməliyik?”, - salon sahibi paylaşıb.

Başqa bir qadın isə deyib ki, kişilərə işləmək üçün imkan yaradılsa, qadınlar evdən belə çıxmazlar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR