Onlayn ictimai-siyasi qəzet
Əfqanıstanın bir sıra əyalətlərində daşqınlar nəticəsində 300-dən çox adam ölüb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı BMT-nin Ümumdünya Ərzaq Proqramı yayıb.
Məlumata görə, Taliban hakimiyyəti fövqəladə vəziyyət elan edib və sağ qalanları xilas etmək üçün tədbirlər görür.
Dünəndən başlayan güclü yağışlar bir sıra əyalətlərdə çayların daşaraq palçıqlı suyun kəndləri, əkin sahələrini basmasına səbəb olub. Nəticədə bir sıra kəndlərlə əlaqə tamamilə kəsilib. Əraziyə hökumət qüvvələri ilə yanaşı, qeyri-hökumət qrupları da cəlb olunub.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ