İnsanlara hürriyət, millətlərə istiqlal!

Efirdə “Peşəkar mübahisə”: Rauf Arifoğlu və Mehman İsmayılov gündəmi dəyərləndirir

ARB24 telekanalında yayımlanan və tanınmış jurnalist Jalə Həsənlinin təqdim etdiyi “Peşəkar mübahisə” verilişinin növbəti buraxılışında region gündəmi və həftənin yekunları ətrafında müzakirələr aparılır.

Verilişin budəfəki qonaqları Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu və tanınmış politoloq, siyasi şərhçi Mehman İsmayılov olacaq.

Proqramda həftənin regional hadisələrinin yekunları, Azərbaycanın maraqlarına aid olan planetar aktual məsələlər, həmçinin, Rusiya-Ukrayna müharibəsi və ABŞ-ın mövqeyi ilə bağlı müzakirələr aparılacaq.

Bununla yanaşı, verilişdə ABŞ, Çin, Rusiya və digər qlobal güclərin geosiyasi strategiyaları, həmçinin bu proseslərin Azərbaycan üçün doğura biləcəyi nəticələr dəyərləndiriləcək.

Musavat.com həmin verilişi öz auditoriyasına təqdim edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR