İnsanlara hürriyət, millətlərə istiqlal!

Edqar Qazaryan: Həyasızlığın daha bir çempionu Alen Simonyandır

“Bugünkü faciə (Ermənistanda 11 nəfərin ölümünə səbəb olan yol qəzası nəzərdə tutulur-red.) Anna Akopyandan sonra həyasızlığın daha bir çempionunu üzə çıxardı. Bu parlamentin spikeri Alen Simonyandan başqası deyil".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi keçmiş diplomat Edqar Qazaryandır.

“Bu adama dözən, bütün bunları bağışlayan cəmiyyətə ayıb, min dəfə ar olsun”, - deyə, o yazıb.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün Norveçdə təbəssümlə təsvir olunduğu fotoşəklini yayıb.

Onun bu görüntüsü Ermənistanda sosial şəbəkələrdə ciddi söz-söhbətə səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR