İnsanlara hürriyət, millətlərə istiqlal!

Ədliyyə Nazirliyinin Xətai Rayon İcra Şöbəsində baş verən yanğın söndürüldü

Bakıda Ukrayna dairəsi yaxınlığında güclü yanğın baş verib.

Musavat.com-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın ərazidə yerləşən Ədliyyə nazirliyinin İcra idarələrinin birinin inzibatı binasında qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

***

Musavat.com-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın artıq söndürülüb. Yaxınlıqdakı binalara elektrik enerjisinin verilməsi dayandırılmışdı və artıq bərpa olunub. İş vaxtı bitdiyindən yanğın baş verən vaxt binada kimsə olmayıb.

Ukrayna dairəsində nəqliyyatın gediş-gəlişi məhdudlaşdırılıb. Hazırda ərazidə tıxac müşahidə olunur.

***

Musavat.com-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Ukrayna dairəsində nəqliyyatın hərəkəti bərpa olunub.

***

Fövqalada Hallar Nazirliyindən Musavat.com-a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində inzibati binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR