Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin İndiana ştatında 45 yaşlı Benjamin Ritchie inyeksiya ilə edam edilib.
Musavat.com xəbər verir ki, o, 20 il əvvəl polis məmuru Bill Tonini qətlə yetirməkdə təqsirli bilinmişdi.
Edam bu gün səhər saatlarında baş tutub. Ritchie 20 ildən artıq müddət ərzində ölüm hökmü ilə həbsxanada saxlanılıb. Cinayət 2005-ci ildə, Ritchie-nin cəmi 20 yaşı olanda baş verib. O, dostları ilə birlikdə İndianapolis yaxınlığındakı Beech Grove şəhərində mikroavtobus oğurlayıb və təqib zamanı 31 yaşlı polis məmuru Bill Tonini güllələyərək öldürüb. Hadisə baş verən vaxt Ritchie digər bir oğurluq ittihamı ilə sınaq müddətində olub.
Edamdan əvvəl Ritchie yaxınları ilə vida görüşləri keçirib. Ştat qanunvericiliyinə əsasən, edam zamanı vəkillər və dostlar da daxil olmaqla beş nəfər şahid iştirak edə bilər.
Son sözlərində o, “Ailəmi, dostlarımı və aldığım bütün dəstəyi sevirəm. Ümid edirəm ki, hamısı sülh tapacaq” deyə bildirib.
Ritchienin son şam yeməyi seçimi isə sosial mediada geniş müzakirələrə səbəb olub. O, məşhur “Olive Garden” restoranından toyuq parmiqiana, klassik lazanya və "fettuccine alfredo" yeməklərindən ibarət boşqab sifariş edib.
Musavat.com
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ