İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ədalətli nəticə oldu" - Papastatopulos

“Bir neçə oyundur ki, qalib gələ bilmirik. Bu görüşdə qapımızı toxunulmaz saxlayıb, əks hücumda qol vurmaq istəyirdik".

Qol.az xəbər verir ki, bu sözləri "Olimpiakos"un futbolçusu Sokratis Papastatopulos Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la Bakıda keçirilən görüşdən (0:0) sonra Yunanıstan mətbuatına açıqlamasında deyib.

Hakimlikdən və Tofiq Bəhramov adına Respublika Stadionunun öt örtüyündən gileylənən müdafiəçi nəticəni ədalətli hesab etdiyini bildirib: "İlk 20 dəqiqə bizim üçün yaxşı keçmədi. Amma sonra imkanlarımız oldu.

Belə çətin dövrdən sonra biz yavaş-yavaş ən yaxşısını etməyə çalışırıq. Bugünkü qarşılaşmada daha çox arxadan oynamalı olduq. Bəzi izaholunmaz qərarları olan hakim və belə meydançada məncə, ədalətli nəticə oldu”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR