Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Ədalət Şükürov sosial şəbəkədə bağ evinin görüntüsünü paylaşıb.
Sənətçinin Bilgəhdə yerləşən bağ evinin görüntüsü müzakirəyə səbəb olub. Müzakirəyə səbəb villanın qiymətidir.
Əmlak eksperti Ramil Qasımzadə Qaynarinfo-ya açıqlamasında Ədalət Şükürovun bağ evinin qiymətinin təyin edilməsinin mümkün olmadığını bildirib:
"Villanın qiyməti onun yerləşdiyi ərazi və tikintidə istifadə olunan materiallardan asılıdır. Biz bilmirik ki, orada hansı ölkənin tikinti materialı istifadə olunub. Torpaq sahəsi ilə evin necə kv.m-də inşa olunması da vacib şərtdir. Bunu da bilmirik. Yeganə gözə dəyən hovuzdur. Belə hovuz isə 30-35 min manata başa gəlir".
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ