İnsanlara hürriyət, millətlərə istiqlal!

Durovun həbsi Rusiya hökuməti üçün şok olub

Ola bilsin ki, Durov bir neçə gün əvvəl Bakıda Putinlə görüş istəyib, lakin ona rədd cavabı verilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko danışıb.

Onun sözlərinə görə, indi Rusiya Federasiyasında "yeganə etibarlı rus messenceri sayılan Telegram-ın Qərbin nəzarəti altına düşə biləcəyi" ilə bağlı isteriya hökm sürür.

Kovalenkonun fikrincə, “Durovla bağlı məsələ Moskva üçün əsl uğursuzluqdur, bunun üçün Vaynodan tutmuş Patruşevə qədər Putinin ətrafındakı hər kəs günahkardır”.

Çünki Telegram Rusiya ordusunun aktiv şəkildə istifadə etdiyi yeganə sosial şəbəkə vasitəsi sayılır.

“Durov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Fransa polisi ilə əməkdaşlıq etməməkdə ittiham olunur. Yaxın aylarda Rusiya ordusunun Baş Kəşfiyyat İdarəsini ağır günlər gözləyir. Həm də Durovun işi sayəsində Avropadakı bütün Rusiya kəşfiyyat şəbəkəsi çökə bilər”, - deyə Kovalenko əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR