İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın gözlədiyi xəbər gəldi: Atəşkəsin bitməsinə 10 dəqiqə qalmış...

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS ilə atəşkəsin davam edəcəyini açıqlayıb. 

Musavat.com xəbər verir ki, bəyanat atəşkəsin bitməsinə bir neçə dəqiqə qalmış verilib.

HƏMAS da oxşar açıqlama yayaraq müvəqqəti atəşkəsin bir gün daha uzadıldığını bildirib. 

Qeyd edək ki, İsrail və HƏMAS arasında müvəqqəti atəşkəs və girov mübadiləsi razılaşması yerli vaxtla səhər saat 07:00-da başa çatmalı idi.

Vasitəçi ölkə olan Qətər də Qəzzada altı günlük humanitar fasilənin bir gün uzadılacağını təsdiqləyib. Qətərin Al Jazeera telekanalı razılığın atəşkəsin bitməsinə 10 dəqiqə qalmış əldə edildiyini bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR