İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən nüfuzlu 100 şəxsi arasına düşən Haluk Levent mükafatdan imtina etdi - SƏBƏB

"Mənim əməyim üzərindən Türkiyə hökumətinin tənqid olunmasına imkan verməyəcəyəm".

Musavat.com xəbər verir ki, "TİME" jurnalının "Dünyanın ən nüfuzlu 100 şəxsi" siyahısına düşən Haluk Levent mükafatdan imtina edib. Haluk Levent qeyd edib ki, bu qənaətə təqdimat yazısını oxuduqdan sonra gəlib.

Elif Şafaka aid təqdimat yazısında, hökumətin qabiliyyətsizliyi fonunda Haluk Leventin dərhal əraziyə gedərək çalışmalara başlaması qeyd olunub.

Haluk Levent isə bu fikirlərə qarşı duruş sərgiləyərək bütün Türkiyənin tək ürək olduğu bir vaxtda belə bir müzakirəyə daxil olmaq istəmədiyini qeyd edib.

"Zəlzələ vaxtı bütün dövlət qurumları, hökumət, müxalifət, bələdiyyələr, ictimai birliklər, yəni bütün ölkə tək ürək oldu, hər kəsin əlindən gələni etdiyi bir vaxtda bu müzakirələrə daxil olmamaq qərarı verdim. Mənim əməyim üzərindən Türkiyə Cumhuriyyəti hökumətinin tənqid olunmasına imkan verməyəcəyəm. Bu səbəbdən də mükafatı rədd edirəm və onu almaq üçün ABŞ-a getməyəcəyəm", - Haluk Levent qeyd edib.

Qeyd edək ki, "TİME" jurnalının "Dünyanın ən nüfuzlu 100 şəxsi" siyahısında Haluk Leventlə birlikdə İngiltərə kralı, Co Bayden, Elon Mask, Messi, Bella Hadid kimi şəxslər də var.

 

Gülnar,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR