Onlayn ictimai-siyasi qəzet
Dünyada ilk dəfə geni dəyişdirilmiş donuz böyrəyi köçürülən kişi ABŞ-də vəfat edib.
Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Massaçusets xəstəxanasının Mətbuat Xidmətinə istinadən məlumat yayılıb.
Kişinin ölümü transplantasiyadan təxminən iki ay sonra baş verib.
Eyni zamanda tibb müəssisəsi xəstənin əməliyyat nəticəsində öldüyünə dair heç bir əlamət görmədiklərini bildirib.
Ölən xəstə 62 yaşlı Rik Sleymandır, həkimlər ona son mərhələdə böyrək çatışmazlığı diaqnozu qoyublar.
Kişi ilk dəfə 2018-ci ildə böyrək transplantasiyası əməliyyatı keçirib, lakin beş ildən sonra donor orqanı sıradan çıxmağa başlayıb.
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ