İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada siyasi fəalların İrandakı aksiyalarla bağlı fikirləri


İranda molla rejiminə qarşı etiraz aksiyaları davam edir.

Bu aksiyalar dünyanın müxtəlif təşkilat və dövlətləri tərəfindən yaxından izlənilir, şərhlər verilir.
Musavat.com sosial şəbəkədə İrandakı aksiyalarla bağlı beynəlxalq təşkilat nümayəndələri və ekspertlər, siyasi fəalların yazdıqlarından bir qismini təqdim edir. 

Kanadanın xarici işlər naziri Melani Coli: ““PS752” saylı sərnişin reysinin vurulması zamanı yaxınlarını itirənlər ədalətə layiqdirlər. Bu həftə beynəlxalq səviyyədə ədalət axtarışımızı genişləndirmək üçün mühüm addım atdıq. İranı bu faciəyə görə məsuliyyətə cəlb etmək üçün işləməyə davam edəcəyik”;

Fransa Milli Assambleyasının üzvü Mirey Klapo: “İranda vəziyyət ciddidir. Lion şəhərindəki bu intihar aktı necə də dəhşətlidir. Hörmətli iranlı mühacirlər, sizin yaşamağınız və sözləriniz İran İnqilabı yolunda şəhid olan xalqın mübarizəsini dəstəkləmək üçün çox vacibdir. Qadın, Həyat, Azadlıq!”;

“Amnesty International” təşkilatı: “38 yaşlı iranlı ölkəsindəki vəziyyətə diqqət çəkmək üçün Lion şəhərində intihar edib. Onun adı Məhəmməd Morani idi. Bu faciəvi akt bizə İranda davam edən repressiyalara göz yummamağı xatırladır”;

“Chatham House” təşkilatı: “İslam Respublikası sanksiyalar və daxili gərginliklərdən qaynaqlanan təzyiq dalğası ilə üzləşib. Son araşdırmalarımız İranın regional münaqişələrdəki rolu ilə yanaşı daxili siyasətini də əhatə edir”;

“Human Rights Watch” təşkilatının keçmiş icraçı direktoru Kennet Rot: “Din xadimlərinin geridəqalmış qadağalarına qarşı etirazlar geniş vüsət alıb: “İki iranlı şahmatçı beynəlxalq şahmat turnirində hicabsız iştirak edib”;

“Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatının əməkdaşı Ceyson Brodski:

“Makron dekabr ayında ABŞ-yə səfər edərkən prezident Baydenlə birlikdə “İran xalqına hörmətini” ifadə etmişdi. İslam İnqilabı Keşikçiləri Korpusunun Aİ-nin terror siyahısına əlavə edilməsini dəstəkləməməklə siz İslam Respublikasına son qoymaq üçün mübarizə aparan və SEPAH əleyhinə şüarlar səsləndirən cəsur İran xalqına hörmətsizlik edirsiniz”;

“İrana səfər etməyin. Nə qədər kədərli olsa da, xarici tur şirkətləri rejimin insanları girov götürmə riskini nəzərə alaraq İrana turlar təklif etməməlidirlər. Turistlərinin başına bir şey gələrsə, bu şirkətlər qanuni məsuliyyətə cəlb edilməlidir”.

Musavat.com

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR