İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

2024-cü ilin aprel ayının sonunda dünyada neft və qaz qazma qurğularının sayı martdakı 1793-ə qarşı 1726 ədəd təşkil edib.

Musavat.com xəbər verir ki, bununla bağlı məlumatı ABŞ-ın Baker Hughes şirkəti açıqlayıb.

Məlumata görə, aprel ayında dünyada neft-qaz qazma qurğularının sayı aylıq 67 ədəd, illik isə 82 ədəd azalıb. Eyni zamanda qlobal səviyyədə azalma ardıcıl ikinci aydır ki, qeydə alınıb.

Qurğuların ümumi sayındakı azalma əsasən Şimali Amerika ilə bağlıdır. Belə ki, ABŞ-da bu göstərici mart ayı ilə müqayisədə 8 ədəd azalaraq 617-yə düşüb. Öz növbəsində Kanadada qazma qurğularının sayı 66 ədəd azalaraq 131-ə düşüb. Yaxın Şərqdə bu rəqəm 1 ədəd (343-ə) , Afrikada isə 3 (112-yə qədər) azalıb.

Analitiklər Asiya-Sakit Okean regionunda (plus 8, 237-yə qədər artıb), Avropada (plus 2, 120-yə qədər) və Latın Amerikasında (plus 1, 166-ya qədər) əks dinamika qeydə alıblar.

2024-cü ilin fevral ayında dünyada neft və qaz qazma qurğularının sayı 1813 ədəd olub, mart ayında bu rəqəm 20 ədəd azalıb.

Üstəlik, 2023-cü ilin eyni dövrü ilə müqayisədə azalma daha çoxdur - 86 ədəd.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR