İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada COP29-dan böyük tədbir yoxdur - Elnur Soltanov

"COP29 "yaşıl enerji"yə keçidin sürətləndirilməsi üçün geniş müzakirə və fəaliyyət platforması olacaq".

Musavat.com-un məlumatına görə, bunu COP29-un baş icraçı direktoru Elnur Soltanov bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Azərbaycan indiyədək bu istiqamətdə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanların yaranacağına əmindir:

"Azərbaycanın rolu sadəcə ev sahibi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Bu mənada, bu ilin noyabr ayında bütün dünyanın diqqət mərkəzi Bakıda olacaq. COP29-un Azərbaycanda keçirilməsini ölkəmizin "yaşıl enerji"yə keçid sahəsində atdığı addımların mükafatı kimi dəyərləndirmək olar. Dünyada əhəmiyyətinə görə COP29-dan böyük tədbir yoxdur. Bu tədbir bütün dünyanın gözünü Azərbaycana çevirəcək, dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin üzvlərini bir araya gətirəcək, "yaşıl enerji"yə keçidin sürətləndirilməsi üçün geniş fəaliyyət platforması olacaq".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR