İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya üçün YENİ TƏHLÜKƏ - Yer fırlanma oxundan çıxdı

Amerika Geofizika İttifaqının tədqiqatçıları qrunt sularının həddindən artıq istifadəsi nəticəsində Yerin fırlanma oxunun 20 il ərzində 80 sm şərqə doğru dəyişdiyini müəyyən ediblər.

Musavat.com xəbər verir ki, qrunt sularının təsiri olmadan belə bir dəyişikliyin mümkün olmayacağını qeyd edən tədqiqatçılar bunun üçün Yerin altından ən azı 2 trilyon ton suyun çəkildiyini təxmin ediblər.

Yeraltı sulardan içmək və kənd təsərrüfatının suvarılması kimi məqsədlər üçün istifadə olunur.

Mütəxəssislər sudan istifadənin Yer kürəsinin hərəkətinə təsirini belə izah edir: Planetdə suyun paylanması çəkinin necə paylanmasına təsir edir. Su hərəkət etdikcə Yer bir az fərqli fırlanır.

Tədqiqat 1993-2010-cu illər arasında aparılan ölçmələrə əsaslanıb. Tədqiqata rəhbərlik edən Seul Milli Universitetinin geofiziki Ki-Veon Seo bildirib ki, bu, yeraltı suların çəkilməsinin spin qütbünün yerdəyişməsinə təsir göstərdiyini sübut edir.

Cənubi Koreyalı alim əlavə edib ki, Yerin fırlanma qütbü, əslində, çox dəyişkəndir. İlk dəfə 2016-cı ildə suyun Yerin fırlanmasını dəyişdirə biləcəyi aşkar edilib, lakin qrunt sularının buna təsiri indiyədək müşahidə olunmayıb.

Digər tərəfdən, Yer oxundakı yerdəyişmənin fəsillərə təsir edib-etməyəcəyi ilə bağlı açıqlama verən NASA fırlanma oxunun ildə bir neçə metr dəyişdiyini, qrunt sularından qaynaqlanan dəyişikliyin isə fəsillərin dəyişməsinə səbəb olmayacağını bildirib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR