Onlayn ictimai-siyasi qəzet
Hindistanda inanılmaz dələduzluq hadisəsi üzə çıxıb. Harşvardhan Jain adlı şəxs “Seborgia” və “Vestarida” adlı uydurma ölkələr yaradaraq, özünü 9 il ərzində həmin “ölkələrin səfiri” kimi təqdim edib.
Musavat.com xəbər verir ki, fırıldaqçı Dehli yaxınlığında yerləşən yaşayış kompleksində özünə saxta “səfirlik” yaradıb, üzərində diplomatik nömrə olan 4 avtomobildən istifadə edib.
O, hətta “Xarici İşlər Nazirliyinin” möhürünü belə saxtalaşdıraraq rəsmi sənədlər tərtib edib.
Jain sosial şəbəkələrdə müxtəlif dünya liderləri ilə çəkdirdiyi fotoları paylaşaraq etibar qazanmağa çalışıb. O, bu yolla xaricə getmək istəyən şəxslərə saxta viza və iş icazələri sataraq böyük məbləğdə qazanc əldə edib.
Yalnız 2025-ci ilin iyul ayında Hindistan polisi fırıldaqçının qanunsuz fəaliyyətini aşkarlayaraq onu saxlayıb. Hazırda onun törətdiyi dələduzluq əməlləri ilə bağlı araşdırma aparılır.
Musavat.com
28 Iyul 2025
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ