İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya liderləri Antalyada bir araya gəldi - Açılış günündən VİDEOREPORTAJ

Xəbər verdiyimiz kimi ötən gün Dördüncü Antalya Diplomatik Forumu (ADF2025) Türkiyənin Antalya şəhərinin Belek kurort qəsəbəsində “Parçalanmış dünyada diplomatiyanın bərpası” mövzusu ilə işinə başlayıb. 

Musavat.com xatırladır ki,  forumda 140 ölkədən 450-yə yaxın nümayəndə həm müasir şəraitdə dialoqun qurulması məsələlərini, həm də müxtəlif regionlarda münaqişələrin həlli yollarını müzakirə edirlər. 

Budəfəki forumda ilk dəfə Prezident İlham Əliyev də iştirak edib. Dövlət başçısı, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə açılış tədbirinə qatılıblar. 

Təşkilatçılar bildiriblər ki, forum iştirakçıları arasında 20-dən çox dövlət və hökumət başçısı, 2 parlament sədri, 74 nazir, 23 nazir müavini və 11 parlament üzvü var.

Forumun işini 50 ölkədən minə yaxın jurnalist işıqlandırır. Media nümayəndələrinin arasında "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu da var.

Musavat.com Real Tv-nin açılış günündən hazırladığı reportajı təqdim edir:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR