İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya DƏHŞƏT içində izlədi - Bu ölkə TƏCİLİ hərəkətə keçdi

Şimali Koreya beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq, ballistik raket sınaqlarını davam etdirir.

Musavat.com xəbər verir ki, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Şimali Koreyanın yerli vaxtla saat 19:25-19:37 radələrində paytaxt Pxenyan yaxınlığındakı Sunan bölgəsindən iki qısamənzilli ballistik raket atdığı bildirilib.

Məlumatda Cənubi Koreyanın ABŞ qüvvələri ilə əməkdaşlıq çərçivəsində ətraflı araşdırma apardığı qeyd edilib.

Raketlər Yaponiyanın müstəsna iqtisadi zonasına düşüb. İlk təsbitlərə görə bölgədə hərəkət edən təyyarə və gəmilərə ziyan dəyməyib.

Şimali Koreyanın raket sınağı Yaponiya hökumətini hərəkətə keçirib. Yaponiyanın baş naziri Fumio Kişida iqamətgahında Yaponiyanın müdafiə naziri Yasukazu Hamada və Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi də daxil olmaqla, dövlət məmurları ilə təcili iclas keçirib. Kişida raket sınağının Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması olduğunu xatırladaraq Şimali Koreyanı şiddətlə qınayıb.

Şimali Koreyanın raket sınağı Cənubi Koreya və ABŞ qüvvələrinin bu gün Poçeon bölgəsindəki Seungjin təlim poliqonunda həyata keçirdikləri birgə hərbi təlimin 5-ci və son hissəsini keçirməsindən dərhal sonra baş verməsi Seulun Vaşinqtona cavabı kimi şərh edilib.

Pxenyan bundan əvvəlki ballistik raket sınağını aprelin 13-də “Hwasong-18” qitələrarası ballistik raketini buraxaraq həyata keçirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR