İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya bu görüntülərdən danışır: Rusiyanın yeni taktikası İFŞA OLDU - ŞOK VİDEO

Ukraynanın çoxdan gözlənilən əks-hücumu başladıqdan sonra Rusiya yeni taktikaya əl atıb.

Musavat.com "Daily Mail"ə istinadən xəbər verir ki, rus əsgərləri Ukrayna qüvvələrinə qarşı “intihar tankı”ndan istifadə edib.

Britaniya qəzetinin məlumatına görə ki, rus əsgərləri içi boş tankları partlayıcılarla doldurur və pultla idarə edərək Ukrayna səngərlərinə doğru göndərir. Nəşr tankın T-54 olduğunu və içərisinə 6 ton partlayıcı qoyulduğunu yazıb.

72276499-12208385-image-a-41_168.jpg (36 KB)

Bildirilir ki, Ukrayna əsgərləri tankı dayandırmaq üçün cidd səy göstərib və tank minaya düşərək böyük partlayışa səbəb olub.

“Daily Mail” yazır ki, “tank ukraynalılardan təxminən 60 metr aralıda dayandırılsa da, partlayışdan yaranan böyük təzyiq dalğası, yəqin ki, bəzi əsgərləri öldürüb”.

Rusiya ən azı iki dəfə bu taktikadan istifadə edib, lakin partlayış ilk dəfə kameralara düşüb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR