Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Avropa və Mərkəzi Asiyada iqtisadi artım yavaşlayacaq. Bu nəticə Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üçün iqtisadi perspektivlərə dair yeni hesabatında yer alıb.
"Bu il Avropa və Mərkəzi Asiyanın formalaşmnaqda və inkişaf etməkdə olan iqtisadiyyatlarında iqtisadi fəallığın yavaşlaması ehtimalı var, çünki regionun inkişaf perspektivləri zəif qlobal iqtisadiyyat, sərt pul siyasəti, Çində yavaşlama və aşağı əmtəə qiymətləri ilə ağırlaşır", - sənəddə qeyd olunur.
Hesabata görə, Avropa və Mərkəzi Asiyada iqtisadi artımın 2024-cü ildə 2,8 olması ehtimalı böyükdür. 2023-cü ildə bu göstərici 3,3 faizə bərabər olub.
Ukrayna üçün nəticələr bankın yanvar ayı proqnozları ilə müqayisədə dəyişməz qalıb. Dünya Bankının ekspertləri yeni hesabatda qeyd edirlər ki, bu il Ukraynanın ÜDM-nin 3,2%, 2025-ci ildə isə 6,5% artacağını gözləyirlər. Bundan əlavə, bank bir daha bəyan edir ki, onun hesablamalarına görə, yaxın 10 il ərzində Ukraynanın yenidən qurulması üçün 486 milyard dollar lazımdır: “Bu məbləğ döyüşlərdən əvvəlki dövrdəki Ukrayna iqtisadiyyatının həcmindən iki dəfə artıqdır”.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ