Onlayn ictimai-siyasi qəzet
İsrail dövləti HƏMAS-ın yeni seçilən liderinə ölüm hökmü çıxarıb. Belə ki, İsrail Xarici İşlər Nazirliyinin rəhbəri Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbərini “mümkün qədər tez aradan qaldırmağa” çağırıb.
Musavat.com bu barədə xarici mediaya istinadla məlumat yayır.
Məlum olduğu kimi, HƏMAS-ın bundan əvvəlki siyasi lideri İsmayıl Haniyə Tehranda, bombalı hücumla qətlə yetirilib. İsrail bu əməliyyatı üzərinə götürməsə də, "mən ermədim", də söyləmədi. Artıq bu qətllə bağlı hadisənin bütün sxemi də bəllidir. İran silahlı qüvvələrinin və polisinin rəhbərliyindən bir neçə generalı satın alan İsrail məhz onların dəstəyi ilə Tehranda Haniyəyə qarşı terror hərəkəti törədib.
Haniyədən sonra HƏMAS-ın siyasi qanadına radikal əhvallı, İsraillə danışıqlara qarşı olan Yəhya Sinvar gətirildi. Aktiv müzakirələrdən yana olan və daha mülayim reputasiyaya malik Haniyəni belə birisinin əvəzləməsi gözlənilən idi.
Yəhya Sinvar nəinki İsraillə danışıqlara qarşıdır, hətta bu ölkə ilə hər hansı təmas quran, əməkdaşlıqda şübhəli bilinən fələstinliləri şəxsən aradan qaldırmağı sevir. Bu səbəbdən ona "Xan Yunisin Qəssabı" deyirlər.
Yəhya Sinvar 1962-ci ildə o zaman Misirin idarə etdiyi Qəzzada "Xan Yunus" adlı qaçqın düşərgəsində anadan olub. Təhsilini Qəzza İslam Universitetində başa vurub, ərəbşünaslıq üzrə bakalavr dərəcəsi alıb.
1989-cu ildə, çox gənc ikən iki İsrail əsgərinin və işbirlikçi hesab etdiyi dörd fələstinlinin qaçırılaraq öldürülməsini təşkil etdiyinə görə İsrail tərəfindən dörd qat ömürlük həbs cəzasına məhkum edilib.
O, 2011-ci ildə oğurlanmış İsrail əsgəri ilə məhbus mübadiləsi zamanı 1026 nəfərlə birlikdə, azad edilənə qədər, 22 il həbsdə yatıb.
O, 2017-ci ildə HƏMAS-ın Qəzza lideri seçilib və növbəti il "dinc, xalq müqavimətini" davam etdirəcəyini irəli sürüb, lakin sonradan bu vəzifədən geri çəkilib. O, 2021-ci ildə yenidən HƏMAS-ın Qəzza lideri seçilib və həmin il İsrail tərəfindən sui-qəsd cəhdinə məruz qalıb.
2015-ci ilin sentyabrında Sinvar ABŞ hökuməti tərəfindən terrorçu, HƏMAS və Əl-Qəssam Briqadaları da ABŞ, Avropa Birliyi və digər ölkələr və təşkilatlar tərəfindən terror təşkilatı elan edilib.
2021-ci ilin martında o, gizli səsvermə ilə HƏMAS-ın Qəzza bölməsinin rəhbəri vəzifəsinə ikinci dörd illik müddətə seçildi. O, Qəzzada HƏMAS-ın ən yüksək vəzifəli rəsmisi və Qəzzanın "de-fakto" hökmdarı idi, həmçinin Haniyədən sonra Həmas-ın ikinci ən güclü üzvü sayılırdı.
Artıq birincidir və dərhal da hədəfə gəldi. İndi İsral ona ölüm hökmü çıxartdı və onu elan edərək "mümkün qədər tezliklə" qətlə yetirməyi qarşısına məqsəd qoydu.
Yəhya Sinvar haqqında daha ətraflı burada: Yəhya Sinvar kimdir?
Musavat.com,
Siyasət şöbəsi
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ