İnsanlara hürriyət, millətlərə istiqlal!

Dugindən SENSASİON AÇIQLAMA: "Allahı gördüm, dedi, Rusiya hələ 17 il döyüşməlidir"

Allah dedi ki, Rusiya hələ 16-17 il döyüşməlidir.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı filosof Aleksandr Dugin “Kremlyovskaya Tabakerka” Teleqram kanalına deyib.

“Mənə Allahdan bir vəhy gəldi. Tam ciddi deyirəm, Allahı ənənəvi rus geyimində gördüm, mənimlə danışdı. Və dedi ki, Rusiya daha 16-17 il döyüşəcək. Müharibədən sonrakı çətinliklər dövrü olacaq və yalnız bundan sonra çiçəklənmə, Rusiyanın bütün dünyada gücü bərqərar olacaq”, - Dugin kanala açıqlamasında bildirib.

Dugin onun sözlərindən şübhə etməməyi istəyib və vurğulayıb ki, artıq bu məsələni Vladimir Putinə çatdırıb.

“Kremldə bizə Duginin bu yaxınlarda bəzi məlumatları prezidentə ötürdüyünü təsdiqlədilər, lakin hansı məlumatlar verilib, dəqiqləşdirmədilər”, - kanal yazıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

02 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR