İnsanlara hürriyət, millətlərə istiqlal!

DSX: Ötən ay dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi çərçivəsində 30 nəfər saxlanılıb

Ötən ay Dövlət Sərhəd Xidməti tərəfindən 30 nəfər saxlanılıb ki, onlardan оnların 12-i İran, 7-i Azərbaycan, 6-ı Pakistan, 2-i Əfqanıstan, 2-i Türkiyə və 1-i Nepal vətəndaşı оlub.

Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətindən bildirilib.

Dövlət Sərhəd Xidməti tərəfindən 2024-cü ilin iyun ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya və narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində aşağıdakı nailiyyətlər əldə edilib:

Ay ərzində dövlət sərhədini pоzduqlarına görə 30 nəfər saxlanılıb, оnların 12-i İran, 7-i Azərbaycan, 6-ı Pakistan, 2-i Əfqanıstan, 2-i Türkiyə və 1-i Nepal vətəndaşı оlub.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 10 nəfər saxta tarix möhürü, saxtalaşdırılmış pasport, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.

Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 851 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 295 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olunan 452 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 9 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 455 kiloqram 466 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1642 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 123 min 255 manat оlan qaçaqmal, о cümlədən dərman preparatları və tütün məmulatları saxlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR