İnsanlara hürriyət, millətlərə istiqlal!

"Drujba" işləyir, sadəcə, Rusiya nefti daşıya bilməz

Avropa İttifaqı "Drujba" ("Dostluq") neft kəmərinin şimal qoluyla Almaniya və Polşaya xam neftin nəqlini qadağan edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, eyni zamanda, Qazaxıstandan və ya digər üçüncü ölkədən gələn neft Rusiya ərazisindən tranzitini davam etdirə və “Drujba” vasitəsilə Aİ-yə çatdırıla bilər.

Avropa İttifaqı bu addımı Rusiya Federasiyasına qarşı tətbiq edilən 11-ci sanksiyalar paketinin tələbləri uyğun olaraq atıb.

Bu barədə Avropa Şurasının saytında dərc edilmiş bəyanatda deyilir: “Almaniya və Polşaya Rusiyadan “Drujba” neft kəmərinin şimal hissəsindən xam neftin tədarükü üçün verilən müvəqqəti güzəşt qüvvəsini itirəcək. Bununla belə, Qazaxıstan və ya digər üçüncü ölkədən çıxan neft Rusiyadan tranzitini davam etdirə və “Drujba” kəməri ilə Aİ-yə idxal oluna bilər”.

Polşa və Almaniya istiqamətində gedən “Drujba”nın şimal qolu hazırda bu ölkələr tərəfindən Rusiya neftinin tədarükü üçün istifadə edilmir, amma Qazaxıstandan Almaniya və Polşa ərazilərinə xammalın tranziti üçün istifadə olunur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR