İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Xidməti Vəkillər Kollegiyası ilə memorandum imzalayıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Vəkillər Kollegiyası arasında Memorandum imzalanıb.

Musavat.com bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumda Vəkillər Kollegiyasının üzvləri ilə görüş keçirilib. Tədbirdə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, əməkdaşlığın qurulması, birgə fəaliyyətin təşkili istiqamətlərində görüləcək işlər barədə fikirlərini bölüşüb.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə ictimai etimadın artırılması məqsədilə əlaqələrin genişləndirilməsinin önəmini, istehlakçıların hüquqlarının qorunmasının vəkillər üçün prioritet sahələrdən olduğunu qeyd edib.

Görüşdə Dövlət Xidməti ilə Vəkillər Kollegiyası arasında uzunmüddətli və effektiv əlaqələrin qurulması məqsədilə əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumda birgə seminar, konfrans və təlimlərin təşkili, istehlakçı hüquqlarına dair maarifləndirici vəsaitlərin hazırlanması, korporativ sosial məsuliyyət layihələri çərçivəsində əməkdaşlıq məsələləri öz əksini tapıb.

Tədbirdə Vəkillər Kollegiyasının fəaliyyətinə həsr olunan təqdimat keçirilib. Daha sonra Dövlət Xidmətinin əməkdaşları “Bazar iqtisadiyyatı və rəqabət mühiti” və “İstehlakçı hüquqlarının müdafiəsi mexanizmləri” mövzularında seminar keçirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR