İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Komitəsinin sədri Sumqayıtda 7 yaşlı uşağın idman zalında ölməsinə münasibət bildirib

“Sumqayıtda 7 yaşlı uşağın idman zalında ölməsi ilə bağlı məsələ Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin nəzarətindədir”.

Musavat.com report-a istinadən xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dərhal bu məsələ ilə məşğul olublar.

"Bu, qəbuledilməz və ağlasığmaz hərəkətdir. Aidiyyəti qurumlar müvafiq işləri aparırlar. Oradakı bəzi məqamlarla bağlı fikir söyləyə bilmərik. Heç söylənilməsi də məqsədəuyğun deyil. Düşünürəm ki, uşaqlara xidmət göstərilən bütün sahələrdə müvafiq monitorinqlərin aparılması işini təşkil etməliyik. Hazırda da bu işlə məşğuluq", - B.Muradova söyləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR