Onlayn ictimai-siyasi qəzet
Dövlət Dumasının keçmiş deputatı Aleksey Burnaşov Perm koloniyasından azad edilib.
Musavat.com xəbər verir ki, bu barədə 59.ru portalı məlumat yayıb.
Bildirilir ki, sentyabrın 12-də sabiq deputatın cəza müddəti tamamilə başa çatıb.
Burnaşov 2022-ci ildə hakimiyyət nümayəndələrini təhqir etmək və onlara qarşı zorakılıq tətbiq etmək ittihamı ilə 2,5 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət Dumasının deputatı ilə insident 2021-ci il iyulun 8-də baş verib. Burnaşovun avtomobili Perm şəhərinin mərkəzində yol polisi əməkdaşları tərəfindən saxlanılıb və tərəflər arasında insident yaranıb.
Millət vəkili alkoqol yoxlaması üzrə tibbi müayinədən keçməkdən imtina edib, nalayiq ifadələr işlədib və polislərə yumruqla hücum edib və onlardan birini dişləyib. Deputat səlahiyyətləri başa çatdıqdan sonra Burnaşova qarşı cinayət işi açılıb.
Aleksey Burnaşov 2016-cı ildə Dövlət Dumasına deputat seçilib. O, “Vahid Rusiya” fraksiyasından deputat olub.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ