Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Rusiya bank strukturlarına, o cümlədən "Qazprombank"a qarşı son sanksiyaları Türkiyə üçün problem yaradır. Belə ki, Türkiyə Rusiyadan aldığı qazın dəyərini məhz "Qazprombank" vasitəsilə ödəyirdi.
Musavat.com TASS-a istinadən xəbər verir ki, indi Ankara seçim qarşısında qalıb: ABŞ sanksiyalarından yan keçmək, yoxsa təhlükəsiz variant axtarmaq?
Türkiyənin aparıcı iqtisadçılarından biri, əvvəllər BMT-nin İnkişaf Proqramında menecer işləmiş Bartu Soral agentliyə bildirib ki, ölkəsinin sanksiyalardan yayınmağa çalışacağını gözləmir: “Mən gözləyirəm ki, Türkiyənin müəyyən maraqlarına toxunsa da, bu sanksiyalar kontekstində müstəqil addımlar atmayacaq. Ankara Donald Trampın vəzifəyə başlamasını gözləyəcək və onun Rusiya ilə bağlı siyasətinin necə dəyişəcəyini izləyəcək. Və sonra Türkiyə bu siyasətdə boşluqların və imkanların olub-olmayacağını təhlil edəcək. Hələlik sanksiyalara məruz qalmayan Rusiya bankları ilə bəzi qarşılıqlı fəaliyyət mexanizmlərinin axtarışının aparılacağını gözləmək olar. Əgər belə banklar hələ də mövcuddursa, təbii ki”.
Sorala görə, Türkiyənin Rusiya qazına böyük ehtiyacı olsa da, indiki reallıqlarda onun ABŞ və Böyük Britaniyaya bağlılığı daha yüksək görünür: “Türkiyədə bürokratiya, təhlükəsizlik strukturları və prezident komandası bu məsələdə çaşqındırlar. Bəli, onlar bu şəraitdə işləmək üçün bir yol tapmağa çalışacaqlar. Lakin bu, qanuni yol olacaq”.
O əlavə edib ki, Türkiyə ilə ABŞ arasındakı münasibətlərdə “məsələn, Suriya və terrorla mübarizə ilə bağlı bir çox problemli məsələlər var, ona görə də Rusiya ilə bank əməliyyatları mövzusu Ankara üçün hələ də birinci yerdə deyil”.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ