Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun axtarışları davam edir.
“Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində Cavidin itkin düşməsi ilə bağlı Vüqar adlı şəxs danışıb.
O bildirib ki, Cavidin nəşi ya dayısının, ya da Astanın (Astan Məsim oğlu Cəfərov - red.) bağındadır. Çünki bir ay qabaq Astanın bağında kart oynayarkən davaları düşüb.
Qeyd edək ki, A.Cəfərov barədə iddia Cavidin itkin düşdüyü gün kənd ərazisində polislər tərəfindən aparılan axtarışlar zamanı Astana məxsus olan, istifadə edilməyən sahəyə suyun buraxılması olub. Bu səbəbdən polislər həmin gün sözügedən ərazidə axtarış apara bilməyiblər.
ŞƏRHLƏRŞƏRH YAZ