İnsanlara hürriyət, millətlərə istiqlal!

Dollar 2 manat olacaq? - AÇIQLAMA

VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev devalvasiya məsələsinin yenidən gündəm gəlməsi, 1 dolların 2 manat olacağı barədə məlumatlara münasibət bildirib.

R.Quliyev Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanın bütün makro iqtisadi göstəriciləri müsbətdir, iqtisadi artım, valyuta ehtiyatları yüksəkdir. 

“Bütün bunlar şayiədir. 70 milyarda qədər ümumi qızıl valyuta ehtiyatlarımız var. Xarici ticarət saldomuz müsbətdir. Bu sahədə də heç bir ehtiyac yoxdur. Dövlətin bu məsələdə mövqeyi həmişə birmənalı olub ki, imkan daxilində, valyuta ehtiyatlarımıza ümumi problem yaranmayanda məzənnəni stabil formada saxlayacağıq. Biləsiniz ki, devalvasiya olandan sonra inflyasiyanın özünü də cilovlamaq çox çətindir. Bizdə müəyyən qədər inflyasiya 4-7% arasındadır, təxminən, 5%-ə qədər olmalıdır. Bu da böyük bir amildir. Buna görə də şayiələrə inanmaq lazım deyil. Təsəvvür edin, bütün valyuta auksionlarında valyuta satışa çıxarılır, 60-75%-ə qədər satılır, qalanı isə xəzinəyə qayıdır. Bu o deməkdir ki, valyutaya o qədər də ehtiyac yoxdur. İstənilən makro rəqəm götürülsə, görərik ki, iqtisadiyyat, maliyyə durumlarımız kifayət qədər stabildir, inkişafdadır. Buna görə də devalvasiyaya heç bir ehtiyac, dövlət marağı yoxdur”, - deputat bildirib. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR