İnsanlara hürriyət, millətlərə istiqlal!

Doğuş zamanı vəfat edən ananın ölüm səbəbi bilindi - RƏSMİ

“1990-cı il təvəllüdlü şəxs (qadın cinsli) 25.02.2025-ci il tarixində saat 10:30 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasına 39 həftəlik hamiləlik, baş gəlişi, döl qişalarının vaxtından əvvəl cırılması, doğuş fəaliyyətinin I dövrü diaqnozu ilə hospitalizasiya olunub”.

Bu barədə Musavat.com-a TƏBİB-dən Göygöldə doğuş zamanı ölən ana ilə bağlı bildirilib.

Bildirilib ki, həkim-mama-ginekoloq tərəfindən hamilə müayinə edilib və doğum fəaliyyəti başladığı üçün nəzarətə götürülüb:

“Təxminən saat 15:10 radələrində hamilə qadının vəziyyətində pisləşmə qeyd edilib (huşun itməsi, sianoz, qıcolma) həkim-anestezioloq-reanimatoloqun konsultasiyası ilə müvafiq tibbi yardım göstərildikdən sonra təcili qeysəriyyə kəsiyi əməliyyatı üçün qərar qəbul edilib. Əməliyyat masasında hamilənin vəziyyəti anidən kəskin pisləşdiyi üçün təcili reanimasion tədbirlər icra olunmağa başlanılıb.

Aparılmış bütün zəruri tədbirlərə baxmayaraq, hamilədə ölüm faktı baş verib.

Ölüm hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit təşrih olunmaq üçün təhvil verilib.

Ölümün bilavasitə səbəbi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin qərarına əsasən veriləcəkdir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR