İnsanlara hürriyət, millətlərə istiqlal!

Doğuş zamanı oğurlandı, 42 il sonra anası ilə görüşdü- Video

Çili diktatoru Auqusto Pinoçetin hakimiyyəti dövründə doğuş zamanı oğurlanan və ABŞ-də böyüyən 42 yaşlı vəkil bioloji anası ilə ilk dəfə görüşüb.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki,  Cimmi Lippert Tayden anası ilə görüşmək üçün Cənubi Amerikaya gedib.

Cimmi təyyarədə olarkən TikTok videosunda “O, mənim haqqımda məlumatsız idi, çünki məni doğulanda oğurlayıblar və öldüyümü söyləyiblər. Cəsədimi istəyəndə isə cəsədimin atıldığını bildiriblər”, - deyib.

Lippert Tayden, “MyHeritage.com” və Çili qeyri-hökumət təşkilatı “Nos Buscamos” vasitəsilə aparılan DNT araşdırması sayəsində ailəsi ilə əlaqə saxlayıb.

Məlumatda bildirilib ki, 1990-cı ildə sona çatan Pinoçetin hakimiyyəti dövründə minlərlə insan itkin düşüb, on minlərlə insan işgəncələrə məruz qalıb.

Qeyd edilib ki, “Nos Buscamos”un qurucusu Konstanza del Rio, öz bioloji ailəsi haqqında məlumat tapa bilmədiyi üçün təşkilatı yaradıb. QHT 400-ə yaxın insana ailələri ilə yenidən əlaqə qurmağa kömək edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR