Onlayn ictimai-siyasi qəzet
Aparılan araşdırmalar dişlərin düzgün yuyulması və ağız gigiyenasının Altsheymer xəstəliyinin yaranması riskinə təsir göstərə biləcəyini ortaya qoyub.
Mütəxəssislərin fikrincə, diş əti xəstəliklərinə səbəb olan bakteriyalar beyinə keçərək iltihaba yol aça və yaddaş problemlərinə səbəb ola bilər. Xüsusilə, diş ətində baş verən iltihabın neyrodegenerativ xəstəliklər, o cümlədən Altsheymerlə əlaqəsi olduğu düşünülür.
Tədqiqatçılar ağız sağlamlığının qorunmasının yalnız dişlər üçün deyil, həm də beyinin sağlam qalması üçün vacib olduğunu bildirirlər.
Bunun üçün gündə ən azı iki dəfə dişləri düzgün şəkildə fırçalamaq və mütəmadi olaraq stomatoloqa müraciət etmək tövsiyə olunur. (viral.az)
29 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ