İnsanlara hürriyət, millətlərə istiqlal!

Direktorla müəllim arasında DAVA: Müəllimin halı pisləşdi - Təcili yardım gəldi

Bakıdakı 25 saylı musiqi məktəbində yeni təyin edilmiş direktor Becan Hüseynov ilə qadın müəllimlərdən birinin arasında mübahisə yaşanıb.

Manset.az saytının əldə etdiyi məlumata görə, müəllimin halı qəfildən pisləşib və məktəbə təcili yardım çağırılıb. Tibb işçilərinin müdaxiləsi nəticəsində müəllimin həyatını xilas etmək mümkün olub. 

TƏBİB-dən faktı təsdiqləyiblər:

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 02.05.2024-cü il tarixində saat 14:18 radələrində 25 saylı musiqi məktəbindən çağırış daxil olub.

Dərhal ünvana təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası  tərəfindən 53 yaşlı şəxsə (qadın cinsli) stressə qarşı reaksiya diaqnozu ilə yerində yardım olunub."

Fotoda - Becan Hüseynov

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR