Onlayn ictimai-siyasi qəzet
Yasamal rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Musavat.com xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki,Yasamal rayonu, Kənar Dairəvi küçəsindəki qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb.
"İşlərin yekunlaşdırılması məqsədi ilə 27.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə MİDA yaşayış kompleksində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq",- deyə əlavə edilib.
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ