İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT! Bu tarixdə Bakının suyu yenidən kəsiləcək

Avqustun 30-da gecə saat 00:00-dan başlayaraq gün ərzində Bakının Nəsimi, Xətai, Səbail rayonlarını içməli su ilə təmin edən d500 mm magistral xəttində təmir-bərpa işləri aparılacaq.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar Xətai rayonunun Yusif Səfərov küçəsinin bəzi yaşayış massivlərində, Səbail rayonunun Neftçilər prospekti ərazisində, Rəşid Behbudov, Bülbül, Puşkin, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Xaqani, Nizami küçələrinin bir hissəsində, Nəsimi rayonunun Şamil Əzizbəyov, Dilarə Əliyeva, 28 May, Rəşid Behbudov, Elman Ovçuyev, Puşkin, Mehdi Mehdizadə küçələrinin, Droqal döngəsi, Azadlıq prospektinin bir hissəsində suyun verilməsində fasilə yaranacaq.

Suyun əvvəlki rejimlə verilməsi 31 avqust gecə saat 00:00-dan sonra bərpa olunacaq.

Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR