İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN-in Mətbuat Xidmətinin 5 əməkdaşına yeni rütbə verilib - SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin 5 əməkdaşına polis kapitanı rütbəsi verilib.

Musavat.com Report-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı, Şəki regional qrupunun baş inspektoru Mahir Mənsimov, Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov, Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev və Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov polis kapitanı rütbəsinə layiq görülüblər.

DİN-in Mətbuat Xidməti məlumatı təsdiqləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR