İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN-dən TƏCİLİ MƏLUMAT- bu uşaq bağçası ilə bağlı yayılan məlumatlar nəzarətə götürüldü

Bakının Sabunçu rayonunda yerləşən 310 nömrəli uşaq bağçası ilə əlaqəli yayılan məlumatlar nəzarətə götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov Musavat.com-a bildirib ki, bir neçə valideyn bağçanın tərbiyəçisi olmuş T.Sadıqovanın uşaqları döyməsi, bağçanın direktoru olmuş H.Hüseynovanın isə maddi maraq müqabilində normadan əlavə uşaq qəbulu və aylıq ödəniş tələb etməsi ilə bağlı şikayətlər ediblər.

"Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcək", - A.Qafarov deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR