İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN-dən insanları məcburi əməyə məruz qoyan şəxslə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) insanları məcburi əməyə məruz qoyan şəxslə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətindən Musavat.com-a daxil olan məlumatda deyilir:

"İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Fazil İsmayılovun Pirşağı qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında Azərbaycan vətəndaşlarını məcburi əməyə məruz qoyması faktı aşkar edilmiş və o, şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-2.2.1, 144-1.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə (məcburi əmək) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlət Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmünə əsasən F.İsmayılov Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR